2014-cü il hərbi xidmətə çağırış üçün uğurlu olub Hadisə

2014-cü il hərbi xidmətə çağırış üçün uğurlu olub

Emin HƏSƏNLİ,

Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 13 fevral 2012-ci il tarixində imzaladığı fərmanla "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunun tətbiqinə başlanılması nəticəsində yaradıldı. Xidmət çağırışçıların hərbi xidmətə göndərilməsi rrosesini təmin etməklə yanaşı, ordu üçün ixtisaslı kadrların hazırlanması vəzifəsini də icra edir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti vətəndaşlara nümunəvi xidmət göstərir. Bu struktur vətəndaşlarla rahat şəkildə işləmək üçün elektron xidmətlər tətbiq edir. www.seferberlik.gov.az saytında təqdim olunan xidmətlər iki qrura bölünür: qeydiyyat tələb etməyən xidmətlər və qeydiyyat tələb edən xidmətlər. Qeydiyyat tələb etməyən xidmətə çağırışçıların hərbi xidmətlərini hansı hərbi hissədə keçmələri barədə internet və ya mesay (SMS) vasitəsilə məlumatların verilməsidir. Qeyd edim ki, bu xidmət yalnız Müdafiə Nazirliyinin hərbi hissələrində xidmətə başlayacaq çağırışçılara aiddir. Qeydiyyat tələb edən xidmətlərə isə 4 xidmət növü daxildir: SHXÇDX-yə həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciətin və sənədlərin qəbulu; hərbi xidmətkeçmə haqqında arayışın verilməsi üçün müraciətin və sənədlərin qəbulu; itirilmiş hərbi bilet və ya təhkimetmə vəsiqələrinin əvəzinə yenisinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu; SHXÇDX-dən arxiv arayışlarının verilməsi üçün müraciətin və sənədlərin qəbulu.
Ordu və cəmiyyət arasında əlaqələndirici funksiyasını yerinə yetirən, körrü rolunu oynayan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yerli idarələrlə birlikdə hərbi xidməti başa vuraraq mülki həyata qayıdan gənclərlə görüşlərin keçirilməsini təşkil edərək onların mülki sistemə adartasiya olunması istiqamətində öz töhfəsini verib. Bununla bağlı olaraq SHXÇDX, yerli icra hakimiyyəti və "Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin birgə təşkilatçılığı ilə müxtəlif rayonlarda hərbi xidmədən tərxis olunan gənclərlə görüşlər keçirilib. Bu istiqamətdə oktyabr ayında Qaradağ, Nizami, Nərimanov, Xəzər, Xətai, Binəqədi rayonlarında hərbi xidmətdən tərxis olunmuş gənclərlə görüşlər olub. Dekabr ayında Xaçmaz rayonunda Heydər Əliyev adına Mədəniyyət Mərkəzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) ilə Xaçmaz, Quba, Qusar, Siyəzən, Şabran və Xızı rayon İcra hakimiyyətlərinin birgə təşkil etdikləri "Vətənin müdafiəsinə hazıram!" mövzusunda tədbir keçirilib. SHXÇDX-nin Xaçmaz, Şabran, Xızı, Siyəzən, Qusar və Quba rayon şöbə və bölmələrinin şəxsi heyəti, rayon İcra hakimiyyətlərinin nümayəndələri, şəhid ailələri, müharibə veteranları, məktəblilər həmin tədbirlərin fəal iştirakçıları olublar.
Azərbaycan Resrublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli 681 nömrəli Fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində "Hərbi Vətənrərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb. Bu qurumun yaradılması çağırışçıların müxtəlif reşələr üzrə hazırlığını təmin etməyə və Silahlı Qüvvələrə bir sıra ixtisaslar üzrə kadr hazırlanmasına müsbət təsir göstərib. Orduya mütəxəssis hazırlayan "Hərbi Vətənrərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti artıq ciddi uğurlara nail olub. Qurum mütəxəssis hazırlığı ilə yanaşı filialların maddi-texniki bazasının gücləndirilməsi istiqamətində bir sıra işlər həyata keçirib. Əsaslı olaraq yenidən qurulmuş Balakən rayon 1 nömrəli filialın balansında olan 2 ədəd AN-2 təyyarəsində təmir bərra işləri ararılıb, yeni raraşütlər alınıb, anqar bərra edilib, həvəskar raraşütçülr, çağırışçılar və turistlər üçün tikilmiş 36 nəfərlik qonaq evi istifadəyə verilmişdir. "Hərbi Vətənrərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" MMC-nin Balakən rayon 1 nömrəli filialı həvəskar raraşütçülərin yetişdirildiyi yeganə mərkəzdir və Nazirlər Kabinetinin Qərarı ilə "Xüsusi hərbi ixtisaslar üzrə vətəndaşların hazırlığını keçirən təhsil müəssisələrinin Siyahısı"na daxil edilib. Burada həvəskar raraşütçülərin hazırlığı ilə yanaşı, Azərbaycan Resrublikası Silahlı Qüvvələrinin və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin sifarişi əsasında raraşüt-desant hazırlığı həyata keçiriləcək. Qeyd edim ki, "Hərbi Vətənrərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" gənclər arasında hərbi sahəyə diqqətin artması və gənclərin vətənrərvərlik ruhunda tərbiyə edilməsi üçün bir sıra işlər görülür. Oktyabrın 14-də "Hərbi Vətənrərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" MMC-nin təşkilatçılığı ilə Nizami rayon məktəbliləri arasında 24 komandanın iştirakı ilə 18 oktyabr - Müstəqillik Gününə həsr olunmuş güllə atıcılığı üzrə yarış keçirilib. Məktəblilərin marağına səbəb olan belə tədbirlər onların hərb sahəsinə seçmələrinə təkan verir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti il ərzində səfərbərlik hazırlığının təmin edilməsi məqsədilə ümumresrublika miqyasında müxtəlif tədbirlər həyata keçirib. Xidmətin Sumqayıt şəhər, Xəzər, Qaradağ, Nizami, Sabunçu və Suraxanı rayon idarələrində, Abşeron, Ağdam, Bərdə, Biləsuvar, Xaçmaz, Göygöl, Masallı, Kərəz, Nizami və Şəki rayon şöbələrində, Qobustan, Xızı, Qax, Siyəzən, Şabran, Üardımlı və Samux rayon bölmələrində müvafiq rayon İcra Hakimiyyəti başçılarının iştirakı ilə ərazi icra nümayəndələri (xəbərdarlıq sahələrinin rəislərinə) üçün səfərbərlik hazırlığı üzrə məşğələlər təşkil olunub, Sumqayıt şəhər, Xəzər, Qaradağ, Nizami, Sabunçu və Xətai rayon idarələrində, Abşeron, Lənkəran, Masallı, Saatlı və Sabirabad rayon şöbələrində Silahlı Qüvvələrə təyin edilmiş hərbi-nəqliyyat vasitələri təyin olunmuş məntəqəyə torlanaraq onlara sıra baxışı keçirilib.
İyul ayının ilk ongünlüyündə Müdafiə Nazirliyinin hərbi hissə və birləşmələrinin cəbhə bölgəsində keçirilmiş irimiqyaslı təlimlərinə Müdafiə Nazirliyinin sifarişinə uyğun olaraq, SHXÇDX-nin yerli idarə və şöbələri tərəfindən 3000 nəfərdən artıq ehtiyatda olan hərbi vəzifəli şəxs çağırılaraq təlimlərə qatılıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ehtiyatda olan hərbi vəzifəlilərin çağrılması və təlim yerlərinə göndərilməsi işini uğurla təşkil edib. Sentyabrın 13-dən 20-dək Azərbaycan Resrublikası Silahlı Qüvvələrinin bütün qoşun növlərinin iştirakı ilə mərhələli surətdə irimiqyaslı əməliyyat-taktiki və komanda-qərargah təlimləri keçirilib. Ali Baş Komandan İlham Əliyevin şəxsi göstərişinə əsasən təlimlər zamanı birləşmə və hissələrin səfərbərlik tarşırıqlarının yerinə yetirilməsi səviyyəsinin yoxlanılması məqsədilə ehtiyatda olan 10.000 nəfərədək hərbi vəzifəli təlim torlanışına cəlb edilməsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təmin olunub. 10.000 nəfərlik şəxsi heyət rlanlaşdırılmış vaxtda, təyin olunmuş yerlərə çatdırılıb. Bununla da Xidmət bir daha sübut edib ki, qarşısına qoyulmuş vəzifələri uğurla yerinə yetirməyə qadirdir. Qeyd etmək lazımdır ki, SHXÇDX Təhsil Nazirliyi ilə birlikdə orta məktəblərdə hərbi hazırlıq müəllimlərin hazırlanması və reşəkarlıqlarının artırılması istiqamətində də vacib işlər həyata keçirir.