Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb
Nazirlər Kabineti müəllimlər üçün geyim qaydalarını və tələbləri müəyyən edib
Türkiyə nümayəndə heyəti DOST Agentliyi və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub
Gürcüstanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib
2 Mart 2021 17:30
3 269
Post-müharibə dövrünün bir sıra təhdidlərini, xidmətin xüsusiyyətlərini, qulluq və sosial-məişət şəraitinin mürəkkəbliyini nəzərə alaraq, Müdafiə nazirinin müvafiq əmrinə əsasən, hərbi qulluqçuların vəzifə maaşlarına müddətli əlavələr müəyyən edilib.
Müdafiə Nazirliyindən sorğusuna cavab olaraq bildirilib ki, əmrə əsasən, Azərbaycan Ordusunun Ermənistanla dövlət sərhədində və Azərbaycanın Qarabağ bölgəsində Rusiya Federasiyası sülhməramlı kontingentinin yerləşdirildiyi zonaya bitişik ərazilərdə hərbi xidmət keçən hərbi qulluqçuların vəzifə maaşlarına 100 faiz həcmində müddətli əlavələr təyin edilib.
İşğaldan azad edilmiş və hazırda infrastruktur qurulmayan ərazilərdə hərbi xidmət keçən hərbçilərin vəzifə maaşlarına isə 50 faiz həcmində müddətli əlavələr təyin olunub.
Əmr cari ilin yanvar və fevral ayları üçün ödəniləcək pul təminatına da şamil edilir.