Türkiyə nümayəndə heyəti DOST Agentliyi və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub
Gürcüstanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib
Naxçıvan Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq keçirilib
Dövlət Xidmətinin rüşvət almaqda ittiham edilən vəzifəli şəxsi barəsində qərar verilib
17:48
455
ABŞ hərbçiləri narkokartellərlə mübarizəni gücləndirmək üçün Ekvador və Kolumbiyaya bir neçə "MQ-9 Reaper" zərbə dronu göndərib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti yazıb.
Nəşrin məlumatına görə, Amerika PUA-ları Afrika qitəsindən köçürülüb, harada ki, onlar o cümlədən "Əl-Qaidə" terror təşkilatı ilə əlaqəli "Əş-Şəbab" qruplaşmasına qarşı istifadə olunurdu. Hər birinin qiyməti təxminən 50 milyon dollar ola biləcək dronların dəqiq sayı açıqlanmır.
Qəzet qeyd edir ki, zərbə PUA-larının köçürülməsi hüquq müdafiəçiləri arasında PUA hücumlarının mülki əhaliyə təhlükə yarada biləcəyi ilə bağlı narahatlıq doğurub. Ekspertləri isə öz növbəsində göstərirlər ki, narkokartel üzvlərinin, hətta rəhbərlər sırasından olanların ləğvi narkotik qaçaqmalçılığının həcminə az təsir edir.
Məryəm Quliyeva