Azpetrol “Premium” benzinini qiymətini azaldıb Hadisə

Azpetrol “Premium” benzinini qiymətini azaldıb

Azpetrol "Premium" markalı yanacağın pərakəndə satış qiyməti ilə məlumat yayıb.
"Azpetrol" şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, son dövrdə dünya bazarlarında neftin və neft məhsullarının qiymətlərinin aşağı düşməsi ilə əlaqədar "Azpetrol" şirkəti tərəfindən "Premium" markalı yanacağın pərakəndə satış qiymətinə yenidən baxılıb və 13 yanvar 2015-ci il tarixindən həmin yanacağın 1 litrinin pərakəndə satış qiyməti 95 qəpikdən 93 qəpiyə endirilib.
30 dekabr 2014-cü il tarixli 1167-İVQD saylı "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, yol vergisinin yanacağın 1 litrinin qiymətinə 2 qəpik əlavə edilərək "Premium" markalı yanacağın 1 litrinin pərakəndə satış qiyməti 13 yanvar 2015-ci il tarixindən 95 qəpik olaraq müəyyən edilib.