SEPAH HDQ komandanı Əlirıza Təngsiri aprelin 3-də dəfn olunacaq
Azərbaycanla Mərakeş arasında imzalanmış saziş təsdiq edilib
Ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirilib
Minatəmizləmə zamanı həlak olanların ailə üzvlərinə Prezident təqaüdü veriləcək
Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinə direktor təyin olunub
18 Mart 2021 12:43
1 568
Azərbaycanda yoluxma sayının artmasını ölkəmizdə Britaniya ştammının olması ilə əlaqələndirmək doğru deyil.
Bunu Trend-ə TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.
V.Əliyev qeyd edib ki, adi bir insan özü COVİD-19-un Britaniya ştammına yoluxub-yoluxmamasını təyin edə bilməz:
“Bu ştammın da əlamətləri eynidir, onun sadəcə yoluxduruculuq qabiliyyəti yüksəkdir. Bu ştamma yoluxma zamanı təyin olunan müalicədə də hər hansı fərq yoxdur".
Qeyd edək ki, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetik Diaqnoz Mərkəzində “Sars Cov-2” genom analizi edilən üç nümunədə 501Y.V1, B.1.1.7 (Britaniya variantı) aşkar edilib.