“Vaşinqton hərbi gücdən istifadə edərsə…”
29 Sentyabr 15:04
29 Sentyabr 15:04
29 Sentyabr 14:48
29 Sentyabr 14:40
29 Sentyabr 13:47
9 Aprel 2021 12:23
2 394
Yerevanda müharibə vaxtı itkin düşmüş əsgərlərin yaxınları ötən gündən etibarən Ermənistan Müdafiə Nazirliyinin binasını mühasirəyə alıb.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, etirazçılar nazirliyə gedən bütün yolları bağlayıb.
Onlar Qarabağ müharibəsində itkin düşənlərlə bağlı rəsmilərdən cavablar tələb edirlər.
Qeyd olunur ki, nazirliyin qarşısında etirazçıların toplaşması ilə əlaqədar baş qərargah rəisi Artak Davtyan ərazini helikopterlə tərk etməli olub.
Aksiyaçılar cavab alana qədər bölgəni tərk etməyəcəklərini bildiriblər.