Nazir Fərid Əhmədov Xankəndidə vətəndaşları qəbul edib Cəmiyyət

Nazir Fərid Əhmədov Xankəndidə vətəndaşları qəbul edib

Ədliyyə naziri Fərid Əhmədov 2 oktyabr tarixində Xankəndi şəhərində vətəndaşları qəbul edib.

Ədliyyə Nazirliyindən verilən məlumata görə, qəbuldan əvvəl nazir Xankəndi Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin büstü ziyarət edilib.

Qəbulda Laçın, Şuşa, Ağdərə, Xocalı, Xocavənd rayonlarından və Xankəndi şəhərindən ümumilikdə 18 vətəndaşın ədliyyə fəaliyyəti ilə, eləcə də ədliyyə orqanlarında işə qəbulla bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı Nazirliyin aidiyyəti struktur qurumlarının rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.

Nazir Fərid Əhmədov Xankəndidə vətəndaşları qəbul edibNazir Fərid Əhmədov Xankəndidə vətəndaşları qəbul edib