Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII qurultayı ilə bağlı paylaşım edildi
ADY: Bakı-Tbilisi-Bakı marşrutu üzrə əlavə reyslərə biletlər bu gündən satışdadır
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib - YENİLƏNİB-2 - YENİLƏNİB-1
Azərbaycan və Türkiyə müdafiə nazirləri "ADEX 2026" sərgisini ziyarət ediblər
15:20
462
İtaliya təmsilçisi “Roma” İspaniyanın “Real Madrid” komandasının braziliyalı futbolçusu Endriki yenidən heyətinə qatmaq istəyir.
Xarici KİV xəbər verir ki, İtaliya təmsilçisi 20 yaşlı hücumçunun icarəsi ilə bağlı danışıqları qış transfer pəncərəsində yenidən başlatmağı planlaşdırır.
“Roma” ötən yay Endrikin icarəyə götürülməsi üçün “Real Madrid”lə razılığa gəlməyə yaxın olub. Lakin həmin vaxt baş məşqçi Joze Mourinyonun müdaxiləsi həlledici olub. Portuqaliyalı mütəxəssis braziliyalı futbolçunu Madrid klubunda qalaraq əsas heyətdə yer uğrunda mübarizə aparmağa inandıra bilib.
“Roma” rəhbərliyi isə Endrikin mövsümün əvvəlində aldığı oyun vaxtını diqqətlə izləyir. Braziliyalı futbolçu bu mövsüm cəmi 4 dəqiqə meydanda olub.
Əgər Endrik daha çox oynamaq üçün “Real Madrid”dən ayrılmağın zəruri olduğunu düşünərsə, “Roma” yanvarda onun icarəsi ilə bağlı danışıqları yenidən aktivləşdirəcək.
Qeyd edək ki, Endrik ötən mövsüm Fransanın “Olimpik Lion” klubunda icarə əsasında çıxış edib.
14:37
504
14:24
511
1 Oktyabr 18:03
924