İranda yol kənarında partlayış: SEPAH hərbçisi həlak olub Gündəm

İranda yol kənarında partlayış: SEPAH hərbçisi həlak olub

İranın Sistan və Bəlucistan əyalətində yol kənarına yerləşdirilmiş partlayıcı qurğunun işə düşməsi nəticəsində təhlükəsizlik qüvvələrinin bir hərbçisi həlak olub.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının xüsusi "Qüds" bölməsinin bəyanatında bildirilir.

SEPAH-dan bəyan ediblər ki, regionda fəaliyyət göstərən və itkilər verən qruplaşmalar son məğlubiyyətlərinin əvəzini çıxmaq üçün təxribatlara əl atıblar.

Qurumun məlumatına görə, terrorçular əyalətin nəqliyyat marşrutlarından birində partlayıcı qurğu yerləşdiriblər və nəticədə bir hərbi qulluqçu həlak olub.

SEPAH-dan vurğulanıb ki, bu cür hücumlar əhalinin təhlükəsizliyinin təmin edilməsi səylərinə təsir göstərməyəcək. İdarə terrorçu qruplaşmaların aşkar edilməsi və təqib olunması üzrə əməliyyatların davam etdiriləcəyini bildirib.

Məryəm Quliyeva