Polşa FA-50 qırıcılarını şərq sərhədinə köçürüb Gündəm

Polşa FA-50 qırıcılarını şərq sərhədinə köçürüb

Seul tərəfindən tədarük edilən "FA-50 Golden Eagle" qırıcıları Polşanın şərq sərhədinin mühafizəsinə cəlb olunub.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Polşanın Baş nazirinin müavini, müdafiə naziri Vladislav Kosinyak-Kamış məlumat verib.

"FA-50GF təzəcə döyüş növbətçiliyinə başlayıb. Bu, şərq sərhədimizin daha da gücləndirilməsi deməkdir", - deyə nazirliyin mətbuat xidməti Kosinyak-Kamışın sözlərini sitat gətirib.

Xəbər verildiyi kimi, Polşa ordusu üçün Cənubi Koreyada "K2 Black Panther" tankları, "K9 Thunder" özüyeriyən haubitsaları, "K239 Chunmoo" YARS və "FA-50 Golden Eagle" yüngül qırıcıları sifariş edilib. Bu silahların bir hissəsi artıq Polşaya çatdırılıb.

"FA-50 Fighting Eagle" Cənubi Koreya istehsalı olan ikinəfərlik yüngül döyüş təyyarəsidir. Onun əsas silahı 20 mm-lik topdur, həmçinin "FA-50" geniş çeşiddə təyyarə silahları, o cümlədən "AIM-9 Sidewinder" "hava-hava" raketləri, "AGM-65 Maverick" "hava-səth" raketləri və müxtəlif növ aviasiya bombaları daşıya bilir.

Məryəm Quliyeva