CAMCA regionunun beynəlxalq əhəmiyyəti artır Siyasət

CAMCA regionunun beynəlxalq əhəmiyyəti artır

CAMCA regionunun beynəlxalq əhəmiyyəti artır.

APA xəbər verir ki, bunu Özbəkistan Ali Məclisi Senatının sədr müavini, Özbəkistanın ABŞ-dakı keçmiş səfiri Sodiq Safoev Bakıda keçirilən CAMCA 2026 Regional Forumunun “Dövlət xadimlərinin söhbəti: Dəyişən dünyada CAMCA-nın rolu” adlı plenar sessiyasında çıxışı zamanı deyib.

O qeyd edib ki, CAMCA platforması region ölkələrinin səsini beynəlxalq auditoriyaya çatdırmaq və onlar haqqında məlumatlılığın artırılması üçün mühüm imkan yaradıb.

Safoev bildirib ki, 1996-cı ildə ABŞ mətbuatında dərc olunan məqalələrdən biri Mərkəzi Asiya və Cənubi Qafqazın beynəlxalq ictimaiyyət tərəfindən daha yaxşı tanınmasına töhfə verib.

“Bu platforma olmasaydı, bizim öz auditoriyamızı tapmağımız çətin olardı”, – Safoev vurğulayıb.

O, həmçinin CAMCA çərçivəsində uzun illər ərzində əməkdaşlıq edən diplomatların və digər iştirakçıların regionun inkişafına verdiyi töhfələri qeyd edib.