16:21
392
Bakıda keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi başa çatıb.
Sərgilərdə müdafiə sənayesi sahəsində müasir silah sistemləri, zirehli texnikalar, PUA və kibertəhlükəsizlik avadanlıqları nümayiş olunub.
Hər iki sərgidə ümumilikdə 53 ölkədən 280 şirkət iştirak edib.
İştirakçılar müxtəlif ölkələrin hərbi-texniki potensialını əks etdirən stendlərlə çıxış ediblər.
Sərgi müddətində nümayəndə heyətləri və şirkət rəhbərləri arasında ikitərəfli görüşlər keçirilib və hərbi-texniki sahədə əməkdaşlıq imkanları müzakirə olunub.