Gürcüstanda "oğru dünyası"na qarşı kütləvi əməliyyat: 80 nəfər saxlanıldı Gündəm

Gürcüstanda "oğru dünyası"na qarşı kütləvi əməliyyat: 80 nəfər saxlanıldı

Gürcüstan DİN son sutka ərzində Tbilisi və ölkənin regionlarında "oğru dünyası" ilə əlaqəli 80 nəfəri saxlayıb.

Xalqcebhesi.az xəbər verir ki, daha 14 nəfərə qarşı ittiham irəli sürülməsi planlaşdırılır - onların bir hissəsi həbsdədir, bir hissəsi isə qiyabi olaraq məsuliyyətə cəlb ediləcək. Onların arasında xaricdə olan "qanuni oğru" Georgi Qoqoladze də var.

DİN-in məlumatına görə, saxlanılan şəxslər "oğru qarşıdurması" keçirərək maliyyə və kriminal mübahisələr üzrə qərarlar çıxarıb, bunun müqabilində pul tələb ediblər. İmtina edildikdə isə onların fiziki zorakılıq və qətllə hədələdikləri bildirilir.

Təqsirləndirilən şəxsləri 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Məryəm Quliyeva