
Rusiya ordusu yenidən Kiyevdəki Cənub körpüsünə zərbə endirib.
Bu barədə Kiyev meri Vitali Kliçko bildirib.
Onun sözlərinə görə, Rusiyanın bir neçə hücumundan sonra körpü hazırda nəqliyyat vasitələrinin hərəkəti üçün bağlıdır.
Kliçko əlavə edib ki, təcili yardım xidmətləri hadisə yerinə göndərilib.