Azərbaycanda ÜDM istehsalı 1,3% azalıb Hadisə

Azərbaycanda ÜDM istehsalı 1,3% azalıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 18 921,5 mln. manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,3% az ÜDM istehsal olunub.

Dövlət Statistika komitəsindən “APA-Economics”ə verilən məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 7,3% azalıb, qeyri neft-qaz sektorunda isə 2,1% artıb.

ÜDM istehsalının 40,5%-i sənaye, 10,5%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,6%-i nəqliyyat və anbar təsərrüfatı, 5,3%-i tikinti, 3,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,9%-i informasiya və rabitə, 0,8%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 20,1%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər

ÜDM-in 10,2%-ni təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 1 891,1 manata bərabər olub ki, bu da illik ifadədə 1,8% azdır.