Məleykə Abbaszadə Xaçmazda vətəndaşları qəbul edəcək Hadisə

Məleykə Abbaszadə Xaçmazda vətəndaşları qəbul edəcək

Tural

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə fevralın 27-də Xaçmaz şəhərində vətəndaşlarla görüş keçirəcək. Qəbulda Xaçmaz rayonunun sakinləri ilə yanaşı Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayon sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər. Qəbul saat 11:00-da Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində (Xaçmaz şəhəri, Heydər Əliyev pr. 1) keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşların Komissiyanın internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.tqdk.gov.az/sedrinqebulu/) və ya TQDK-nın Xaçmaz regional bölməsinə (Ünvan: Xaçmaz şəhəri, M.Ə.Rəsulzadə küç., 7b ; Tel.: (023) 325-01-21) müraciət etmələri xahiş olunur.
Bundan əlavə olaraq, qeydiyyata yazılmaq istəyən vətəndaşlar Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayon Təhsil Şöbələrinə də 17 - 26 fevral 2015-ci il tarixlərində (şənbə, bazar günləri istisna olmaqla), saat 10:00-dan 17:00-dək müraciət edə bilərlər. Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.