“Sarkisyan həm Azərbaycandan, həm də öz xalqından qorxur” Hadisə

“Sarkisyan həm Azərbaycandan, həm də öz xalqından qorxur”

"Ümumiyyətlə Ermənistan müstəqil dövlət deyil və o, müstəqil siyasət yürüdə də bilməz". Bunu Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, hakim Partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq planına əsasən "TURAZ Şahin 2015" hərbi təlimlərinə start verilməsinə və bundan Ermənistanın təşvişə düşməsinə münasibət bildirərkən deyib. YAP rəsmisinin zölərinə görə, artıq beynəlxalq arenada da qəbul olunub ki, Ermənistan əgər müstəqil dövlət olsa idi, onun müstəqil siyasəti olardı: "Bu qorxaqlıq təkcə dövlət siyasəti yox, həm də onun rəhbərlərinin davranış tərzidir. Sarkisyanın özü həm Azərbaycandan, həm də öz xalqından qorxur. Yəni o, qorxaq, tülkü və xain bir rəhbərdir. Hətta belə misal var ki, "xain xoflu olar". Çünki Ermənistan indinin özündə və gələcəkdə onların başına gələcəkləri bilir. Rəsmi İrəvan bilir ki, bu gün Azərbaycan torpaqlarını işğal etdiklərinə görə cavab verəcəklər. Bundan sonra isə onlar beynəlxalq məhkəmələr qarşısında cavab verməli olacaqlar. Onlar öz aqibətlərini bildiklərinə görə də qorxurlar. Bütün bunlar gücsüzlüyün bir nümunəsidir".
A.Hüseynov bildirib ki, bu gün Azərbaycan-Türkiyə münasibətləri daha da inkişaf edir: "Bu həm hərbi əməkdaşlıq, həm də iqtisadi əməkdaşlıq zəminində özünü göstərir. Heç şübhəsiz ki, bu əlaqələr daha da genişlənəcək. Bu isə Ermənistan üçün ölüm həddidir".

Əli