Fövqəladə hallar naziri Hacıqabulda vətəndaşları qəbul edəcək Hadisə

Fövqəladə hallar naziri Hacıqabulda vətəndaşları qəbul edəcək

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov martın 16-da Hacıqabul şəhərində vətəndaşları qəbul edəcək. Fövqəladə Hallar Nazirliyinin saytında verilən məlumata görə, qəbul saat 11.00-də Hacıqabul rayon Dovlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında keçiriləcək.
Qəbulda yalnız Hacıqabul, Sabirabad, Saatlı, İmişli rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər. Qəbul zamanı yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.
Qəbula gələcək vətəndaşların qeydiyyatı Hacıqabul rayon Dovlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında (ünvan: Hacıqabul şəhəri, Asif Abdullayev küçəsi, 13) 15 mart 2015-ci il tarixində saat 09.00-da başlayacaq. Vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.