Milli Məclisdə çərşənbə söhbəti Hadisə

Milli Məclisdə çərşənbə söhbəti

Oqtay Əsədov: "Hansı qapıya papaq atsan inanmıram ki, sənin papağın boş gəlsin"

Millət vəkili Fazil Mustafa isə müəllimlərin problemlərini dilə gətirib. O qeyd edib ki, bu gün elimizin adət ənənələrindən biri olan ilaxır çərşənbəsidir: "Bu bayramda da adamlar evlərə papaq atırlar. Papağa nəsə qoyulacaq evlərin darvazaları, hasarları yüksək olduğu üçün onlara papaq atmaq olmur. Hasarı hündür olmayan evlərin sahibləri isə müəllimlərdir. Manatın devalvasiyasından sonra isə onların yaşayışı daha da aşağı düşüb. Hökumət tərəfindən onlara cüzi də olsa, ümidlər verilmir. Əhalinin bir çoxu banklardan dollarla kreditlər götürüb. Müəlimlərin maaşının artırılması ilə bağlı yanvar ayında verilən qərar hələ də icra olunmayıb. Pensiya yaşında olan müəllimlərin taleyin onların ümidinə buraxılıb. Müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi də həll edilməlidir. Bu gün böyük əksəriyyət əhali işsizdir".
Millət vəkilinin çıxışına cavab verən spiker Oqtay Əsədov belə reaksiya deyib. " Siz deyirsiniz ki, indi hasarlar hündürdür. Əvvəllər papağı bacadan da atırdılar. Amma sən hansı qapıya papaq atsan inanmıram ki, sənin papağın boş gəlsin".