British Council-un regional direktoru Bakı Ali Neft Məktəbində Hadisə

British Council-un regional direktoru Bakı Ali Neft Məktəbində

Tural

British Council-ın Avropa üzrə regional direktoru Maykl Börd Bakı Ali Neft Məktəbində İngilis dili və humanitar fənlər mərkəzinin müəllim heyəti ilə görüş keçirmişdir. Görüşdə British Council-ın Azərbaycan üzrə direktoru Elizabet Vayt və digər nümayəndələr də iştirak etmişlər. Qonaqları salamlayan rektor Elmar Qasımov BANM və British Council arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulamış və gələcək perspektivlərdən danışmışdır. Maykl Börd British Council və BANM arasında tədris və təhsil çərçivəsində həyata keçirilən layihələr haqqında söz açmış, bu əməkdaşlığın gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini ifadə etmişdir. Görüşdə ikitərəfli əməkdaşlığın gələcək imkanları və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.