Makedoniya vizasız rejimin müddətini uzadıb Hadisə

Makedoniya vizasız rejimin müddətini uzadıb

Makedoniya Azərbaycan vətəndaşları üçün vizasız rejimi daha bir il uzadıb. APA-nın məlumatına görə, bu barədə Makedoniya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən bəyanatda deyilir.
Makedoniya hökumətinin qərarına əsasən, Azərbaycan, Qazaxıstan və Rusiya vətəndaşları üçün vizalar 2015-ci ilin martın 15-dək ləğv olunub. Ukrayna vətəndaşları isə Makedoniyaya 2018-ci ilin martın 15-dək vizasız gedə biləcək.
Sözügedən ölkələrin vətəndaşlarının Makedoniyada qalma müddəti 180 gün ərzində 3 aydan artıq olmamalıdır. Makedoniya hökuməti turist axınının gücləndirilməsi, habelə iqtisad-ticarət əməkdaşlığının inkişafı məqsədi ilə viza rejimini ləğv edir.