“Mənim adımdan istifadə etməyin” Mədəniyyət

“Mənim adımdan istifadə etməyin”

"Sizdən xahiş edirəm, bundan sonra öz məqsədlərinizə çatmaq üçün mənim adımdan istifadə etməyin".
Bu sözləri bəstəkar Eldar Mansurov sosial şəbəkədə yazıb.
O feysbuk sosial şəbəkəsində reklam olunan "Eldar Mansurov gecəsi" adlı tədbirin ona aidiyyatı olmadığını bildirib: "Bir müddət öncə feysbukda gördüyüm "Eldar Mansurov gecəsi" tədbirinə heç bir aidiyyatım yoxdur. Mən də sizin kimi bunu sosial şəbəkədə gördüm. Hörmətli təşkilatçılar, xahiş edirəm, bu tədbirin reklamını dayandırasınız. İlk növbədə siz mənim icazəmi almalısınız. Ondan başqa xahiş edirəm, bundan sonra öz məqsədlərinizə çatmaq üçün mənim adımdan istifadə etməyin".