“Muğam axşamlar”ı layihəsinə yekun vurulub Mədəniyyət

“Muğam axşamlar”ı layihəsinə yekun vurulub

Beynəlxalq Muğam Mərkəzinin "Muğam axşamlar" layihəsinin yekun konserti olub.
Həmişə olduğu kimi bu dəfə də konsertdə bir-birindən parlaq ifalar səsləndirilib.
Respublikanın tanınmış xanəndələri tərəfindən "Heyratı", "Mənsuriyyə", "Qarabağ şikəstəsi", "Osmanlı", "Heydəri", "Simayi-Şəms", "Ovşarı", "Arazbarı", "Şirvan Şikəstəsi" və "Kəsmə şikəstə" ritmik muğamları ifa edilib. Konsert muğamsevərlər tərəfindən maraqla qarşılanıb.
Xatırladaq ki, ötən mövsüm mayın 16-dan iyunun 30-na qədər layihə çərçivəsində tanınmış muğam ustalarının və gənc xanəndələrin ifasında "Rast", "Şur", "Segah","Çahargah", "Bayatı-Şiraz", "Şüştər" və "Hümayun" muğamları ifa olunub.
Oktyabr ayından başlamış layihənin ikinci mərhələsində "Mahur-Hindi", "Bayatı-Kürd", "Orta Mahur", "Rahab", "Bayatı-Qacar", "Şahnaz", "Qatar", "Dəşti", "Mirzə Hüseyn Segahı", "Xaric Segah" muğamları səsləndirilib.