“Azərbaycan teatrı: dünəni, bu günü və sabahı” Mədəniyyət

“Azərbaycan teatrı: dünəni, bu günü və sabahı”

Tural

Məlum olduğu kimi, AMEA Memarlıq və İncəsənət İnstitutunda "Teatr, kino və televiziya" şöbəsi "Azərbaycan teatrı: dünəni, bu günü və sabahı" mövzusunda elmi-praktiki seminar keçirib. AMEA-nın məlumatına görə, seminarda məruzə ilə çıxış edən sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarov Azərbaycan teatr tarixinə nəzər salaraq, rejissor Adil İsgəndərov, Mehdi Məmmədov və Tofiq Kazımov kimi görkəmli sənətkarların yaradıcılığından danışıb. Tədbirdə sözügedən rejissorların tamaşalarından videoçarxlar nümayiş olunub.
Sonra şöbənin dissertantı, teatrşünas Könül Əliyeva Azərbaycan teatr tarixində öz dəsti-xətti ilə seçilən, Dövlət Gənclər Teatrının yaradıcısı, rejissor Hüseynağa Atakişiyevin yaradıcılığından söhbət açıb. Tədbirdə, həmçinin şöbənin doktorantı, teatrşünas Elçin Cəfərov və şöbənin dissertantı, əməkdar artist Nofəl Vəliyev çıxış ediblər. Sonda şöbənin doktorantı, teatrşünas Aliyə Dadaşova "pantomim teatrı" anlayışı haqqında ümumi mənzərə formalaşdıraraq, Dövlət Pantomima Teatrının fəaliyyətinə nəzər salıb.