Şəmkir və Neftçalanın daha iki kəndinə təbii qaz verilib İqtisadiyyat

Şəmkir və Neftçalanın daha iki kəndinə təbii qaz verilib

Tural

Avqustun 29-da Şəmkir rayonunun Mehrili və Neftçala rayonunun Qədimkənd kəndlərinə təbii qaz verilmişdir. SOCAR-ın məlumatına əsasən, bununla əlaqədar keçirilmiş tədbirlərdə rayon icra hakimiyyətlərinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Şəmkir rayonunun Mehrili kəndinə ilk dəfə təbii qazın verilişi münasibəti ilə keçirilmiş tədbirdə bildirilmişdir ki, 144 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 8265 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 144 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.
Həmin gün neftçalalılar üçün də əlamətdar olmuş, rayonun 424 abonentlik Qədimkənd kəndinə təbii qazın verilişi bərpa edilmişdir. Qeyd olunmuşdur ki, bu məqsədlə 21329 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, hər bir abonentin mənzilində sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.