Vətəndaş müraciətlərinə diqqət artırılır İqtisadiyyat

Vətəndaş müraciətlərinə diqqət artırılır

Tural

Qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, istehlakçıların maarifləndirilməsi, ictimai nəzarətin gücləndirilməsi istehlak bazarında müsbət dəyişikliklərə nail olunmasında mühüm rol oynayır.
Bu tədbirlərin tərkib hissəsi olaraq, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti dərman vasitələrinin Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş qiymətlərlə satışına nəzarət, habelə insanların həyat və sağlamlığına təhlükə yaradan malların satışının və süni qiymət artımının qarşısının alınması məqsədi ilə istehlak bazarında müayinə, müşahidə, baxış və s. formalarda tədbirlərini davam etdirir.
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışlarında neqativ halların vaxtında aşkar edilməsi və qarşısının alınması məqsədi ilə vətəndaş fəallığının artırılmasını, ictimai nəzarətin gücləndirilməsini, rast gəlinən qanun pozuntuları barədə dərhal aidiyyəti üzrə məlumat verilməsini vurğulamış, vətəndaş müraciətlərinə operativ və ədalətli baxılmasının təmin olunmasını dövlət orqanları qarşısında vəzifə kimi müəyyənləşdirmişdir.
Bununla əlaqədar olaraq, İqtisadiyyat və Sənaye Nazirliyi vətəndaşlara dərman vasitələrinin Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş qiymətlərdən baha satılması, keyfiyyətsiz və insan sağlamlığına təhlükə törədə biləcək malların satışı, süni qiymət artımı hallarına rast gəldikdə bu təsərrüfat subyektləri (ünvanları göstərilməklə) barədə operativ tədbirlərin görülməsi üçün İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Çağrı Mərkəzinə və ya Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə (012) 498-15-01/04 nömrəli telefonlarla məlumat vermələrini tövsiyə edir.