Mayda TAP-ın təməlqoyma mərasimi keçiriləcək İqtisadiyyat

Mayda TAP-ın təməlqoyma mərasimi keçiriləcək

Mayda Salonikidə (Yunanıstan) Trans-Adriatik Boru Kəmərinin (TAP) təməlqoyma mərasimi keçiriləcək. Bunu jurnalistlərə açıqlamasında Yunanıstanın energetika və ətraf mühit naziri Panos Skourletis deyib.
Skourletisin sözlərinə görə, tədbirdə bir sıra iştirakçı ölkələrin liderləri də iştirak edəcəklər:
"Yunanıstan iştirakçısı olduğu Azərbaycan qazını Avropaya çatdıracaq TAP layihəsini təşviq etməkdə maraqlıdır. May ayında baş tutacaq təməlqoyma mərasimində baş nazir Aleksis Tsipras olmaqla, Avropa İttifaqı və ABŞ rəsmiləri və Azərbaycan, Türkiyə, Albaniya, İtaliya və Bolqarıstanın yüksək rütbəli şəxsləri iştirak edəcək".
Qeyd edək ki, 2020-ci ildə TAP vasitəsilə ilk Şahdəniz qazı Avropaya çatacaq. TAP-ın səhmdarları rolunda BP (20%), SOCAR (20%), "Snam S.p.A." (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləri çıxış edir.