Neft bazarında ciddi risk meydana gələcək İqtisadiyyat

Neft bazarında ciddi risk meydana gələcək

2015-2016-cı illərdə olduğu kimi istehsala yönəlmiş xərclərdəki azalmalar daha bir il davam edərsə neft bazarında qısamüddətli ciddi risk meydana gələcək. Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol deyib. Neft bazarında olduqca dəyişkən bir dövrə qədəm qoyulacağını qeyd edən F.Birol deyib: "Ötən üç ildə ard-arda neft investisiyalarında azalma oldu. Bu tarixdə görünməmiş bir hadisə idi. İnvestisiyaların olmaması gələcək bir neçə il üçün ciddi problem yaradacaq. Tələbat indiki kimi davam edərsə dünya bazarı ciddi çətinliklərlə üz-üzə gələcək".
O bildirib ki, 2015-2016-cı illərdə olduğu kimi istehsala yönəlmiş xərclərdəki azalmalar daha bir il davam edərsə neft bazarında qısamüddətli ciddi risk ortaya çıxacaq. 2017-ci ildə də neft layihələri üzrə müqavilələr sayı azalarsa 2020-ci ilin əvvəlində tələb-təklif tarazlığının bərpa olunması çətinləşəcək. F.Birola görə, qarşıdakı dövrdə mayeləşdirilmiş təbii qaz (liquefied natural gas-LNG) sektorunda bazarlara dərindən təsir edəcək hadisələr baş verəcək. Qlobal investisiyaların tamamlanması ilə qarşıdakı 5 ildə dünyada ciddi LNG bolluğu yaranacaq. 2040-cı ilə qədər LNG-nin payının 53 faizə çatacağı gözlənilir.