Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Nazir: “Biznesin istənilən sahəsi və növü ilə məşğul olmağa şərait var”

Nazir: “Biznesin istənilən sahəsi və növü ilə məşğul olmağa şərait var” İqtisadiyyat

Nazir: “Biznesin istənilən sahəsi və növü ilə məşğul olmağa şərait var”

Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti sahibkarların biznesin istənilən sahəsi və növü ilə məşğul olmasına imkan verir. Bunu "Vergilər. Şəffaflıq. İnkişaf" forumunda iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir bildirib ki, 2016-cı ildən tətbiq olunan investisiya təşviqi mexanizmi qeyri-neft sektorunda özəl investisiyaların artımına ciddi töhfə verir. İndiyədək investisiya təşviqi sənədi verilmiş 345 layihəyə 3 milyard manata yaxın investisiya qoyuluşu və 22 mindən çox yeni iş yerinin açılması nəzərdə tutulur.
Ş.Mustafayev vurğulayıb ki, 2018-ci ildə özəl bölmənin ÜDM-də payı 84%-ə çatıb, məşğulluqdakı payı isə 76% təşkil edib: "Son bir ildə vergi inzibatçılığı sahəsində ciddi və əsaslı islahatlar aparılıb, vergi yükünün səmərəli tənzimlənməsində əhəmiyyətli işlər görülüb, vergi qanunvericiliyi təkmilləşdirilməklə vergitutma optimallaşdırılıb, dövlət vergi orqanlarının fəaliyyəti daha da müasirləşdirilib, vergi ödəyiciləri ilə mütərəqqi işgüzar münasibətlər formalaşdırılıb, institusional dəyişikliklər aparılıb, kadr potensialı və maddi-texniki təminat gücləndirilib. Hazırda Vergilər Nazirliyində informasiya-kommunikasiya texnologiyalarının son yeniliklərinin istifadə olunması, vergi ödəyiciləri ilə münasibətlərin elektronlaşdırılması işləri uğurla davam etdirilir. Vergi xidmətlərinin göstərilməsində rəqəmsallaşma və elektronlaşmanın tətbiqinin genişləndirilməsi daimi prosesə çevrilib".
O qeyd edib ki, ölkədə sahibkarlığın və iqtisadi inkişafın dəstəklənməsi, özəl investisiyaların təşviqi, vergidən yayınmanın azaldılması, vergitutma bazasının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi ödəyiciləri ilə ünsiyyətin minimumlaşdırılması, vergi güzəştlərinin optimallaşdırılması, startapların, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin klasterlərinin yaradılması və inkişafı üçün Vergi Məcəlləsində aparılan mütərəqqi dəyişikliklər mühüm önəm kəsb edir. Odur ki, Avropa İttifaqının Azərbaycanda biznes mühitinin qiymətləndirilməsində iştirak etmiş şirkətlər son dəyişikliklər fonunda vergi islahatlarının aparılacağına və vergi orqanlarına olan etimadın artacağına olduqca nikbindirlər.
Ş.Mustafayev deyib ki, dövlət başçısının rəhbərliyi ilə biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində görülən kompleks işlər nəticəsində Dünya Bankının "Doing Business 2019" hesabatında Azərbaycanın ən islahatçı ölkə kimi dəyərləndirilməsi çox böyük nailiyyətdir: "Hesabatda Vergilər Nazirliyinin fəaliyyəti ilə bağlı meyarlarda ölkəmiz əhəmiyyətli dərəcədə irəliləyib, "biznesə başlama" meyarı üzrə dünyada 9-cu, "vergilərin ödənişi" meyarı üzrə isə 28-ci yerdə qərarlaşıb. Avropa İttifaqının Azərbaycanda biznes mühitinin qiymətləndirilməsində iştirak etmiş şirkətlərin 66%-i "Azərbaycanda yenidən investisiya qoyardınızmı?" sualına müsbət cavab verib, 89%-i isə Azərbaycanda növbəti 1-2 il ərzində fəaliyyətlərinin böyüyəcəyini və ya sabit qalacağını bildiriblər. Bu, bir daha onu göstərir ki, biznes mühitinin yaxşılaşdırılması sahəsində həyata keçirilən islahatlar investorların iqtisadiyyatımıza etibarını artırır və onların gələcək fəaliyyət planlarını genişləndirir".
Nazir eyni zamanda vurğulayıb ki, vergilər sahəsində, xüsusilə də vergitutma sistemində şəffaflığın daha da genişlənməsi istiqamətində aparılan islahatların tam effektivliyinə nail olmaq üçün sahibkarlıq fəaliyyətində sahibkarlar tərəfindən də dürüstlüyün təmin edilməsi, maliyyə hesabatlarının və uçotun düzgün aparılması, vergiödəmə mədəniyyətinin yüksəldilməsi tələb olunur: "Bu, yalnız birtərəfli və inzibati yolla ola bilməz. Ancaq qarşılıqlı həmrəylik olduğu halda şəffaflıq və inkişaf təmin oluna bilər".