UNOSSC Qlobal Cənub QHT Platforması barədə məlumatları rəsmi saytında yerləşdirib - FOTO
Ukrayna və ABŞ günün sonuna qədər sülhü yaxınlaşdıracaq razılığa gələ bilər
Aİ hibrid və kibertəhdidlərlə mübarizədə Ermənistanı dəstəkləməyə hazırdır
Gültəkin Hacıbəyliyə Türkiyədən deportasiya olunması ilə bağlı qərar təqdim olunub
19 Sentyabr 2019 11:32
2 926
Azərbaycanda energetika bazarının liberallaşması ilə bağlı təkliflər hazırlanıb.
Bu barədə Energetika nazirinin müavini Elnur Sultanov sentyabrın 19-da keçirilən IX Beynəlxalq “Caspian Energy Forum Baku – 2019”da deyib.
“Bu təkliflər istehsal və təchizat sahələrində effektivliyin yaranmasına təsir edəcək. Təchizat sahəsində rəqabətliliyin olması xidmət keyfiyyətinin artmasına gətirib çıxarır. İstehsalatda isə maya dəyərinin azalması və yanacağın daha az istifadəsi hesabına xərclərin minimallaşmasına səbəb olur”, - deyə nazir müavini bildirib.
O qeyd edib ki, Azərbaycanda elektrik enerjisinin əsas istehsal yanacağı təbii qazdır. Bu sahədə qərb ölkələrindən irəlidəyik. Azərbaycanda daş kömürdən istifadə olunmur. Bərpaolunan enerji mənbələrindən sonra təbii qaz ən təmiz enerji mənbəyidir: “Təbii qaz dünya bazarında yüksək qiymətə malikdir. Ancaq Azərbaycan daxilində energetika sektoruna verilən qaz sosial mənada subsidiyayönümlü qiymətdədir. Təbii qazın ixracından Azərbaycan xalqı və dövləti əlavə gəlir əldə edəcək. Bununla bağlı əhəmiyyətli addımlar atılır”.