Azərbaycan son 5 ildə AİB layihələri çərçivəsində podratçılarla 2 mlrd. dollarlıq müqavilələr imzalayıb İqtisadiyyat

Azərbaycan son 5 ildə AİB layihələri çərçivəsində podratçılarla 2 mlrd. dollarlıq müqavilələr imzalayıb

2015-2019-cu illərdə Azərbaycan Asiya İnkişaf Bankının (AİB) maliyyələşdirdiyi layihələr çərçivəsində podratçı və təchizatçılarla 1,965 mlrd. ABŞ dolları məbləğində müqavilələr imzalayıb.
AİB-in verdiyi məlumata görə, bu layihələr çərçivəsində məsləhət xidmətləri üzrə konsaltinq şirkətləri ilə imzalanan müqavilələrin həcmi 7,04 mln. dollar təşkil edib.
Qeyd edək ki, indiyədək Azərbaycan AİB-in maliyyələşdirdiyi layihələr çərçivəsində podratçı və təchizatçılar ilə 2,48 mlrd. dollar həcmində 161 müqavilə imzalayıb.
Xatırladaq ki, 1999-cu ildən AİB Azərbaycanla əməkdaşlıq çərçivəsində ölkəyə texniki yardım, kredit xətti, qrant və s. şəklində 5,1 mlrd. həcmində vəsait ayırıb.