Dünya fond bazarlarının əsas indeks göstəriciləri enib İqtisadiyyat

Dünya fond bazarlarının əsas indeks göstəriciləri enib

Oktyabrın 15-də Amerika fond bazarında Dow Jones indeksi 0,07% – 28,494.20 bəndədək, S&P 500 indeksi 0,15% – 3,483.34 bəndədək, Nasdaq indeksi isə 0,47% – 11,713.87 bəndədək enib.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında oktyabrın 15-də FTSE 100 indeksi 1,73% – 5,832.52 bəndədək, Fransa CAC-40 indeksi 2,11% – 4,837.42 bəndədək, Almaniya DAX-ı isə 2,49% – 12,703.75 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,22% azalaraq 1 907,8 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,45% azalaraq 1,1708 dollar təşkil edib.