Avronun ucuzlaşması Azərbaycana necə təsir edir? İqtisadiyyat

Avronun ucuzlaşması Azərbaycana necə təsir edir?

Vüqar Bayramov: "Avro zonasından Azərbaycana gətirilən məhsulların həcmi artıracaq"

Avro ABŞ dollarına nisbətən yeni itkiyə məruz qalıb və 2012-ci ilin avqustundan bəri ən aşağı məzənnə ilə - 1.22 dollara təklif edilir.
İqtisadçı ekspert Vüqar Bayramov "Media forum" saytına deyib ki, avronun məzənnəsinin aşağı düşməsi Azərbaycana da təsirsiz ötüşmür: "Avropa Birliyi Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Azərbaycanın xarici ticarət dövriyyəsinin 60 faizə yaxını məhz Avropa Birliyi ölkələrinin payına düşür. Avronun məzənnəsinin aşağı düşməsi Avropada istehsal olunan məhsulların maya dəyərinin azalmasına gətirib çıxarır. Avro zonasında istehsal olunan məhsulların dollar ifadəsində dəyərinin azalması onların dünya bazarında rəqabət qabiliyyətini yüksəldir. Bu isə avro zonasından Azərbaycana gətirilən məhsulların həcmini artıracaq. Artıq Azərbaycanda Avropa məhsullarının bir qisminin qiymət azalması müşahidə olunur. Texnologiya və avtomobillərdə təxminən 5 faiz qiymət azalması var.
Avronun məzənnəsinin aşağı düşməsi həmçinin Azərbaycanın iş adamlarının Avropa Birliyinə ixrac imkanlarını müəyyən qədər məhdudlaşdırır. Bu proses Azərbaycanda istehsal olunan qeyri-neft məhsullarının Avropa Birliyində bahalaşmasına gətirir. Avronun məzənnəsinin aşağı düşməsi Azərbaycana başqa yöndən də təsir edir. Azərbaycanın dövlət ehtiyatlarının təxminən 30 faizi avro ilə saxlanır. Baş verən proses həmin ehtiyatların nisbətən azalmasına səbəb olur. Amma nəzərə almaq lazımdır ki, avro ilə müqayisədə dolların məzənnəsində artımlar var və ümumi rezervlərin məbləğində azalma olmayacaq".