Tayvanın Avropa açılımı: Aİ Pekinə qarşı sərhədi harada çəkəcək?
11 Sentyabr 19:39
11 Sentyabr 19:39
11 Sentyabr 17:47
11 Sentyabr 14:25
11 Sentyabr 12:25
23 Fevral 2021 13:14
3 409
Yayda və ya bu ilin sonunadək neft qiyməti bir barel üçün 80 dollara çata bilər, növbəti iki il ərzində isə 100 dollar həddini aşa bilər.
Trend-in məlumatına görə, bunu SOCAR-ın ticarət direktoru Xəyal Əhmədzadə deyib.
Onun sözlərinə görə, 2020-ci ildə yaranmış artıq neft ehiyatları yayadək tam bitəcək. X.Əhmədzadə bildirib ki, SOCAR böhran dövründə yaranmış 15 milyon barel həcmində neft ehtiyatını satıb.
Bundan başqa, o qeyd edib ki, poladın artmaqda olan qiyməti neft xidmətləri üzrə podratçılara boru tikmək, quyu və digər infrastrukturları yaratmaq daha çətin olacaq. Bu, tələbin əvvəlki səviyyəyə qayıtması təqdirində belə təklifin bərpasını ləngidəcə.
SOCAR nümayəndəsinin fikrincə OPEK və müttəfiqlər yaxın zamanlarda hasilatın azaldılması üzrə kvotanı azaldacaq və neftin tam gücü ilə nəqlinə qayıdacaqlar. O əlavə edib ki, bu amil də kifayət etməyəcək:
"Səudiyyə Ərəbistanında və Texasda hasilatın artacağı təqdirdə belə, 12 ay sonra çatışmazlığın olması ehtimalı var. Bu da öz növbəsində neft qiymətlərinin artmasına gətirib çıxaracaq".
X.Əhmədzadə əlavə edib ki, 2020-ci ildə neft qiymətlərinin kəskin azalması və bu ay ABŞ-da şaxtalarla əlaqədar hasilatın 30 faizdən çoxunun dayanması bazarda yeni təlatümlər dövrünün göstəricisidir.
11 Sentyabr 18:10
1 456
11 Sentyabr 17:08
1 435
11 Sentyabr 16:24
1 498