Rublun məzənnəsi yenə düşdü İqtisadiyyat

Rublun məzənnəsi yenə düşdü

Bazar ertəsi rublun məzənnəsi əsas dünya valyutalarına nisbətdə yenidən aşağı düşüb.
Dollara nisbətdə rublun kursu bir gün ərzində 3 faiz, avroya nisbətdə 3,5 faizədək azalıb. Ötən gün moskva vaxtilə 18:30-da dollara 66,23 rubl təklif edilib. Axşam sessiyasında avronun kursu 74,71 rubl səviyyəsində qərarlaşıb.
Rusiya birja indeksləri də, qiymətdən düşməkdə davam edib.
Moskva Banklararası Valyuta Birjasının indeksi 2% azalıb. RTS dollar indeksi isə dəyərinin 5 faizini itirib.