Qənirə Paşayeva türkiyəli nazirə sərt şəkildə cavab verib Siyasət

Qənirə Paşayeva türkiyəli nazirə sərt şəkildə cavab verib

"Bir türkün bu açıqlamasından sonra bütün sözlər tükənib"

Millət vəkili Qənirə Paşayeva Türkiyənin AB naziri və partiya sədrinə sərt şəkildə cavab verib. Türkiyənin "Hürriyyət" qəzeti xəbər verir ki, türkiyənin Avropa Birliyi naziri və Halkların Demokratik Partiyasının (HDP) sədri Əli Heydər Konca jurnalistlərin 1915-ci il hadisələriylə bağlı verdiyi suala qərəzli mövqedən yanaşaraq cavab verib. HDP sədri deyib ki, 1915-ci ildə 1 milyona yaxın erməninin qətlə yetirilməsi tarixin ən aydın səhifəsindədir: "Qətliam törədildiyi çox açıq və aydındır. Bunu hər kəs qəbul edir". Q.Paşayeva HDP sədrinin bu açıqlamasına kədərləndiyini bildirib. Millət vəkili bir türkün bu açıqlamasından sonra bütün sözlərin tükəndiyini qeyd edib: "Çox kədərləndim. Dünyada erməni yalanları ilə mübarizə edən bu qədər türk mənşəli alim, QHT, media, diaspora təşkilatlarının bu günə qədər gördükləri bütün işlərə Türkiyənin AB naziri adı altında HDP sədri Ə.H.Konca ağır zərbələr endirdi". Millət vəkili HDP sədrinin qalmaqallı açıqlamasında dediyi "hər kəs qəbul edir" cümləsinə sərt reaksiya verib. Q.Paşayeva Türkiyənin yeni AB nazirindən həmin cümlədə "hər kəs" deyərək kimləri nəzərdə tutduğunu deməyi tələb edib: "Çünki 1915-ci il hadisənisində qondarma qətliamı nə Türkiyə, nə də Azərbaycan qəbul edir. Belə olan halda, bu ifadə çox ağır bir ittihamdır. Ə.H.Koncanın da bizim yerimizə danışmağa haqqı yoxdur. Türkiyə və Azərbaycan tarixçiləri, diaspora təşkilatları bütün dünyada işlər görərək belə bir soyqırım və qırğının olmadığını və tarixi həqiqətləri dünyaya çatdırdıqları halda türkiyəli AB nazirinin qondarma erməni qətliamını qəbul etməsi faciədir. Bu mövzuda qərəzli və haqsız Avropa Birliyinə bundan gözəl nə fürsət ola bilər".
"Jurnalistlər Koncadan Ermənistanın törətdiyi Xocalı soyqırımı haqqında soruşsaydılar daha yaxşı olardı: "Koncanın Dağlıq Qarabağ problemi ilə də əlaqədar fikirlərini soruşmaq daha yaxşı olardı. Koncanın bu mövzuda nə cavab verəcəyinə biz də maraqlıyıq"-deyə, millət vəkili Q.Paşayeva deyib.