Azərbaycanla İraq arasında vizasız gediş-gəliş Siyasət

Azərbaycanla İraq arasında vizasız gediş-gəliş

Milli Məclisin dünənki toplantısında "Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasportlara malik şəxslərin vizasız gediş-gəlişi haqqında" Saziş təsdiq edilib.
Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib ki, İraq Respublikası ilə bu cür sazişin təsdiqlənməsi çox vacib məsələdir, çünki Azərbaycan beynəlxalq əlaqələr qurmaqdadır. Bu baxımdan belə bir sazişin ratifikasiya olunması vacibdir.
Saziş Milli Məclisdə səsə qoyularaq qəbul edilib.