“Sarkisyan hakimiyyətini qorumaq üçün hərəkətə keçiblər” Siyasət

“Sarkisyan hakimiyyətini qorumaq üçün hərəkətə keçiblər”

Üzeyir Cəfərov: "Hazırda erməniləri düşündürən tək məsələ düşdükləri çətin və çıxılmaz vəziyyətdən qurtulmaq yollarıdır"

"Cari ayın sonunda Azərbaycan və Ermənistan prezidentlərinin gözlənilən növbəti görüşündən şəxsən mən hansısa böyük nəticə gözləmirəm. Ona görə ki, cinayətkar Serj Sarkisyan və komandası demək olar ki, var gücləri ilə öz hakimiyyətlərini qorumaq üçün hərəkətə keçiblər". Bunu hərbi ekspert Üzeyir Cəfərov deyib. Onun sözlərinə görə, hazırda erməniləri düşündürən tək məsələ düşdükləri çətin və çıxılmaz vəziyyətdən qurtulmaq yollarıdır: "Ona görə də, az qala hər gün, hər həftə həm Ermənistan siyasi, həm də hərbi rəhbərliyində, hökumətdə hansısa kadr dəyişiklikləri həyata keçirilir. Vəziyyət o həddə çatıb ki, bir vaxtlar özünün hakimiyyətdən uzaqlaşdırdığı kadrları o yenidən hakimiyyətə qaytarır. Armen Gevorkyanın Ermənistan Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin olunması dediklərimizə sübutdur. Nəzərə alsaq ki, Gevorkyan 1997-ci ildən 2014-cü ilə qədər Ermənistanın dövlət idarəetmə sistemində işləyib, baş nazirin köməkçisi, prezidentin köməkçisi, prezidentin birinci köməkçisi, prezident administrasiyasının rəhbəri, Milli Təhlükəsizlik Şurasının katibi, ərazi idarəetmə naziri və baş nazirin müavini vəzifələrində çalışıb. Yəni bu şəxs Serjin deyil, onun əzəli rəqiblərinin komandasının üzvü olub. Vəziyyətin çıxılmazlığı onu məcbur edib ki, hətta belə gözlənilməz addımlar atsın". Üzeyir Cəfərov əlavə edib ki, indi erməniləri daha çox aranı qatıb, hazırkı status-kvonu daha da uzatmaq düşündürür: "Bu işdə onlara yol göstərənlərə də aktiv köməklik edirlər. Düşünürəm ki, yaxın vaxtlarda ola bilsin ki, düşmən müəyyən təxribat hərəkətlərinə də əl atsın".