Azərbaycan prezidenti türkiyəli həmkarına telefonla zəng edib Siyasət

Azərbaycan prezidenti türkiyəli həmkarına telefonla zəng edib

Prezident İlham Əliyev: "Azərbaycan həmişə olduğu kimi, bu ağır günlərdə də Türkiyənin yanındadır"

Azərbaycan prezidenti İlham Əliyev iyunun 29-da türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.
Dövlət başçısı İstanbulun Atatürk Hava Limanında törədilmiş dəhşətli terror aktı nəticəsində çoxlu sayda insanın həlak olması ilə əlaqədar Türkiyə prezidentinə, ölənlərin ailə üzvlərinə və Türkiyə xalqına dərin hüznlə başsağlığı verib.
Prezident İlham Əliyev terrorçuların çirkin əməllərini qətiyyətlə pisləyərək Azərbaycanın həmişə olduğu kimi, bu ağır günlərdə də Türkiyənin yanında olduğunu vurğulayıb. Türkiyə prezidenti isə göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.