“Bu dəfə ermənilərin seçimi olmaya bilər” Siyasət

“Bu dəfə ermənilərin seçimi olmaya bilər”

Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) direktoru Lionel Zetter Almaniyanın "The European" jurnalının veb saytında "Dağlıq Qarabağ – dini müharibə deyil, torpağın açıq-aydın zəbt edilməsidir" adlı məqaləsi dərc edilib.
Məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixinə ekskurs edilir, ölkəmizdəki etnik və dini icmaların birgə yaşayışı üçün yaradılan dinc tolerant şəraitdən və bunun regionun gələcək inkişafı üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulanır.
Lionel Zetterin məqaləsinin Azərbaycan auditoriyası üçün maraqlı olmasını nəzərə alaraq məqalədən bəzi məqamları sizə təqdim edirik.
Lionel Zetterin məqaləni yazmaqda məqsədinin hazırda davam edən Ermənistan-Azərbaycan münaqişəsinin nəyə görə dini deyil, mahiyyətcə ərazi münaqişəsi olduğunun səbəblərini göstərmək olduğunu yazıb.
"…Bəs hazırkı vəziyyət necədir ? Aprel ayında hər iki prezident münaqişə ilə bağlı planlaşdırılmış danışıqlar aparmaq üçün Vaşinqtonda olduğu zaman erməni qüvvələri Goranboy, Füzuli və Ağdam rayonlarında qəsəbələri atəşə tutması, bu da tammiqyaslı döyüşlərə çevrilmişdir. Bu, Ermənistan tərəfindən status-kvonu saxlamaq, yəni, belə desək, qonşusunun ərazisinin işğalını davam etmək məqsədi ilə törədilmiş daha bir təxribat olmuşdur. Bu, ilkin işğal zamanı baş vermiş oxşar vəziyyəti xatırladırdı. O zaman sülh danışıqları ərəfəsində Ermənistan "yeni təhlükə" aşkar edərək yeni hücumlara başlayaraq, daha çox Azərbaycan torpaqlarını qəsb edərək sülh prosesini pozmuşdur. Aprel hücumu, çoxu Ermənistanla sərhəddə, həmçinin, Ermənistan tərəfindən işğal edilmiş ərazilər arasındakı "təmas xətti" boyunca yerləşən kəndlərdə yaşayanlar da daxil olmaqla, mülki əhali arasında itkilərə səbəb olmuşdur. Aprel savaşı zamanı hər iki tərəfdən onlarla hərbçinin də həlak olması faktı da qeydə alınmışdır".
Məqalədə vurğulanır ki, sülh danışıqlarının hazırkı mərhələsi faktiki olaraq müəyyən real irəliləyişə gətirib çıxara bilər.
"ATƏT-in Minsk Qrupu – münaqişənin danışıqlar yolu ilə həllini tapmaqda öhdəlik daşıyan əsas qurum – "Madrid Prinsipləri" kimi tanınan sənəd hazırlayıb. Onun dəqiq detalları məlum deyil. Buna rəğmən, həmin prinsiplərə Dağlıq Qarabağın uzunmüddətli gələcəyi haqqında əsaslı danışıqlar aparıldığı müddətdə işğal edilmiş yeddi ətraf rayonun mərhələlərlə qaytarılmasının daxil olduğu nəzərdə tutulur. Son dəfə bu təkliflər müzakirə edildikdə Azərbaycan onları qəbul edib, Ermənistan isə yox.
Lakin sual edilməlidir – Azərbaycan nə qədər gözləməlidir ? Torpaq və canları qəsb etmiş oğrunu, həqiqətən də mükafatlandırılacağı nəzərdə tutulur ? Qəsb olunmuş mülkiyyət necə geri qaytarılacaqdır ? Son eskalasiyadan öyrənilən dərs odur ki, bu iki ölkənin həssas mövqedə yerləşdiyini nəzərə alaraq, cari status-kvo yalnız regional deyil, hətta qlobal sülh üçün böyük təhlükədir. Buna görə, beynəlxalq ictimaiyyət tərəfindən daha güclü iradə olmalıdır və ATƏT-in Minsk Qrupu bütün Qafqaz regionunda sülh naminə Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi üçün təcavüzkara daha güclü təzyiq göstərilməlidir.
Bu dəfə ermənilərin seçimi olmaya bilər. Ermənistanın iqtisadiyyatı böhran vəziyyətindədir və gənc ambisiyalı ermənilər Rusiya və Avropaya mühacirət etdikcə əhalidə azalmalar yaranır. Bu həftə Əhali haqqında Məlumat Bürosu (Population Reference Bureau) tərəfindən yeni proqnozlar dərc edilib və hesablamalara görə, 2050-ci ilə Ermənistan əhalisi 2.5 milyona qədər azalacaqdır – təqribən Toronto əhalisinə bərabər. Onilliklərlə Ermənistan hərbi cəhətdən Rusiyaya arxalanıb – hazırda onun iqtisadiyyatı və insfrastrukturu da tamamilə asılı vəziyyətdədir. Bu, "Böyük Ermənistan" xülyasına qurbanlar verməkdən yorulmuş Ermənistan əhalisi arasında getdikcə artan narazıçılığa səbəb olur. "Böyük Ermənistan" xülyası və Ermənistanın aqressiyası olmasaydı, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən boru kəmərlərindən faydalana bilərdi.
Sülh hər zaman mümkündür. Azərbaycanlılar və ermənilər onilliklərlə dinc şəraitdə yanbayan yaşayıblar. Azərbaycan – hazırda neft qiymətinin aşağı olmasına baxmayaraq – varlı ölkədir və Ermənistanın isə kəskin şəkildə sərmayəyə ehtiyacı vardır. Yalnız bu münaqişə həll edildiyi, Ermənistan və qonşu Azərbaycan və Türkiyə arasında sərhədlər yenidən açıldığı halda bütün region daha sabit və firavan ola bilər. Və bu məsələ "müsəlman" Azərbaycan və "xristian" Ermənistan arasında hansısa çoxəsrlik dini münaqişənin həll edilməsi ilə bağlı deyil. Bu məsələ qonşular və keçmiş dostların əvvəllər üstünlük təşkil edən ahəngdar münasibətlərə geri qayıtmaq istəyi barədə qərara gəlməsi ilə bağlıdır".