“İsraillə Azərbaycanı tarixi köklər birləşdirir“ Siyasət

“İsraillə Azərbaycanı tarixi köklər birləşdirir“

"İsraillə Azərbaycanı həm siyasi, həm iqtisadi, həm humanitar həm də digər sahələrlə olan əməkdaşlıq münasibətləri birləşdirir". Politoloq Fikrət Sadıqov belə deyib.
İsraillə Azərbaycan arasında hərbi texniki əməkdaşlığın güclü şəkildə inkişaf etdiyini deyən politoloq söyləyib ki, ümumiyyətlə, İsrail Azərbaycan üçün vacib dövlətdir: "İsrail Azərbaycanın silah sənayesinin formalaşmasında və ordumuzun müasir silahlarla təchiz edilməsində İsrail əhəmiyyətli müttəfiq kimi mühüm rol oynayır. İsrail həmçinin güclü yəhudi lobbisinə də malikdir. Azərbaycan-İsrail əlaqələri sadəcə ikitərəfli xarakter daşıyır və heç bir dövlətlə münasibətlərə xələl gətirmir".
Fikrət Sadıqov qeyd edib ki, Azərbaycanın özünəməxsus xarici siyasəti var və biz dövlətlərlə münasibətləri öz maraqlarımız əsasında qururuq: "Azərbaycan heç bir ölkəyə qarşı alyans yaratmaq niyyətində deyil. Biz sadəcə xarici siyasətimiz addımlar atırıq və bunu uğurla davam etdirmək niyyətindəyik".
Politoloqun sözlərinə görə, İsraillə Azərbaycanı tarixi köklər birləşdirir: "Yəhudi icması hər zaman Azərbaycanın ictimai-siyasi həyatında fəal rol oynayıb. Onlar Qərb ölkələrində bir çox hallarda bizim maraqlarımızı müdafiə edir. Eyni zamanda Azərbaycan da müsəlman ölkəsi olaraq İsrail üçün də önəmlidir. Regionda Azərbaycan kimi dünyəvi ölkə ilə əməkdaşlıq etmək, mövqeləri gücləndirmək də İsrailin maraqları çərçivəsindədir".