Milli Məclis müraciət qəbul edəcək Siyasət

Milli Məclis müraciət qəbul edəcək

Milli Məclisin 2016-cı ilin payız sessiyasında son iclası dekabrın 30-da keçiriləcək.
Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib ki, iclasın gündəliyinə 25 məsələ daxildir.
Bunlar "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" qanun layihəsi, "Əhalinin radiasiya təhlükəsizliyi haqqında", "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında", "Ətraf mühitin mühafizəsi haqqında", "Lotoreayalar haqqında", "Nəşriyyat işi haqqında", "Təhsil haqqında", "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" , "Büdcə sistemi haqqında", "Notariat haqqında", "Yol hərəkəti haqqında", "İcbari sığortalar haqqında" və sair qanunlara, o cümlədə Vergi Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, Mülki Məcəlləyə və Mülki Prosessual Məcəlləyə dəyişikliklər olacaq.
İclasın sonunda Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə Milli Məclisin müraciəti təsdiq ediləcək.