“Sarkisyanın Qarabağa səfəri təxribatdır“ Siyasət

“Sarkisyanın Qarabağa səfəri təxribatdır“

Fikrət Sadıqov: "Bu səfərin özü qanunsuz olmaqla yanaşı, həm həmsədrlərin fəaliyyətinə, həm də sülh danışıqlarına siyasi bir zərbədir"

"Ermənistan prezidentinin qanunsuz Dağlıq Qarabağa səfər edərək orada müharibə ritorikası ilə çıxış etməsi təxribat xarakter daşıyır. Çünki, biz bilirik ki, Serj Sarkisyan müharibə ritorikasından istifadə etməmişdən öncə də danışıqlardan yayınırdı. Azərbaycan tərəfi dəfələrlə sülhə, danışıqlara hazır olduğunu bəyan etsə də, düşmən tərəfi razılığıa gəlməkdən imtina edir". Bunu poltiloq Fikrət Sadıqov deyib. Onun sözlərinə görə, Sarkisyanın növbəti bəyanatlarının məqsədi də məhz danışıqlardan yayınmaq, prezidentlərin görüşündən imtina etməkdir: "Artıq Sarkisyana güclü olmasa da, müəyyən təzyiqlərin edildiyi, yeni planların cızıldığı hiss olunur. ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland da çıxışında yeni təkliflərin olduğunu bildirdi. Bütün bunları görən Sarkisyan anlayır ki, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi prosesi başlamalıdır. Bunun üçün mütləq şəkildə danışıqlar baş tutmalıdır. Bu məsələlər düşmən ölkə prezidentini qorxutduğu üçün o, müxtəlif ritorikadan istifadə edir".
Politoloq qeyd edib ki, Sarkisyanın Azərbaycan torpaqlarında müharibə ritorikası ilə çıxış etməsinə aparıcı dövlət mütləq şəkildə reaksiya verməli, buna qarşı bəyanatla çıxış etməlidirlər: "Sakisyan nəinki işğal olunmuş torpaqlarımızı geri qaytarmamaqla yanaşı, hətta bizim torplaqlarımızda bizə qarşı təxribatla çıxış edir. Bununla da o, özünün nə qədər işğalçı və təxribatçı olduğunu bir daha sübut etmiş olur. Bu məqam bizi narahat edir və hesab edirəm ki, ATƏT-in Minsk qrupunun həmsədrləri də buna rekasiya verməli idilər. Lakin təəssüf ki, biz bunu müşahidə etmirik".
"Sarkisyanın Dağlıq Qarabağa səfərinin özü də beynəlxalq hüquq normalarına ziddir. Çünki, bu səfərin özü qanunsuz olmaqla yanaşı, həm həmsədrlərin fəaliyyətinə, həm də sülh danışıqlarına siyasi bir zərbədir. Təəssüf ki, aparıcı oyunçular bu məsələdə də seyrçi mövqedə dayanır, ciddi reaksiya vermirlər. Bunun özü əsil təxribatdır"- deyə, F. Sadıqov əlavə edib.