Tomas de Valldan Qarabağ açıqlaması Siyasət

Tomas de Valldan Qarabağ açıqlaması

Ötən il Qarabağ məsələsinin nizamlanması üçün olduqca təhlükəli olub və bu ilin də təmas xəttində ciddi silahların tətbiqi imkanı baxımından daha çətin olacağı istisna edilmir.
Bunu Karnegi fondunun elmi işçisi, Cənubi Qafqaz üzrə ekspert Tomas de Vall deyib. Onun sözlərinə görə, Qarabağ münaqişəsinin diplomatik yolla həllinin alternativi yoxdur. Bunu Vyanada əldə olunan razılaşma da sübut edir.
O, vurğulayıb ki, bunun əsasını təmas xəttində atəşkəs haqqında mandatın möhkəmləndirilməsi barədə razılıq təşkil edir və bu, həm Ermənistan, həm də Azərbaycan rəhbərliyinin tələbidir:
"Lakin razılaşma baş tutmadı, saziş imzalanmadı. Niyə? Aydındır ki, orada səhvlər var idi. ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən birinin bu saziş üzrə razılığın əldə olunmasını üzərinə götürməsi olduqca vacibdir. Böyük ehtimalla bunu Rusiya XİN-in rəhbəri Sergey Lavrovun simasında Rusiya tərəfi etməlidir. Bundan əlavə, ATƏT-in Minsk qrupunun formatı möhkəmləndirilməli, həmsədrlər isə müharibənin bərpa olunmasını istəmirlərsə, öz növbələrində Vyana razılşamlarını yenidən nəzərdən ekçirməlidirlər".