Üçtərəfli görüşlər bərpa olunur Siyasət

Üçtərəfli görüşlər bərpa olunur

"Azərbaycan və Türkiyənin iştirakı ilə üçtərəfli görüşlərin keçirilməsi üçün Türkiyədə referendum prosesinin başa çatmasını gözləyirdik".
Bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.
Səfir qeyd edib ki, artıq referendum prosesi tamamlanıb, yayda üçlü formatda görüş keçirilməsi nəzərdə tutulur.
"Görüşün ilk olaraq hansı formatda keçiriləcəyi üçüncü ölkənin hazırlığından asılıdır", - deyə diplomat bildirib.
Qeyd edək ki, Azərbaycan və Türkiyənin iştirakı ilə Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Türkmənistan formatında müxtəlif səviyyəli görüşlər keçirilir.