“Forumun həm ölkəmiz, həm də dünya siyasəti üçün böyük əhəmiyyəti oldu” Siyasət

“Forumun həm ölkəmiz, həm də dünya siyasəti üçün böyük əhəmiyyəti oldu”

"Bakıda keçirilmiş IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumun həm ölkəmiz üçün, həm də dünya siyasəti üçün böyük əhəmiyyəti oldu. Azərbaycan inkişaf edən ölkədir və biz çalışırıq ki, iqtisadiyyatımızı şaxələndirməklə ölkəmizə beynəlxalq arenadan daha çox gəlirlər gəlsin. Dünya praktikasında da qəbul olunmuş ən gəlir gətirən sahələrin önündə turizm sektorun inkişafı və xarici turistlərin cəlbi dayanır. Demək olar ki, ölkəmizdə turizm infrastrukturu formalaşıb. Amma beynəlxalq miqyasda təbliğinə böyük ehtiyac var". Bunu millət vəkili Azər Badamov deyib. "Ölkəmizi tanıtmaq və təbliği baxımından Azərbaycanda keçirilən bütün beynəlxalq tədbirlərin böyük əhəmiyyəti olduğunu qeyd etmək istəyirəm. IV Qlobal Forumun da bu nöqteyi nəzərdən çox böyük əhəmiyyəti var.
Bu forumda 120 ölkədən 800 –dən çox siyasətçilər və elm adamları iştirak etdi. Həm də 50-dən çox beynəlxalq təşkilat öz nümayəndəsini göndərmişdi. Dünyanın hər yerindən bu qədər çox siyasətçi və elm adamının iştirak etdiyi bu forum ölkəmizin həqiqətlərinin dünyaya çatdırılması və dostlarımızın sayının artırılması baxımından əvəz olunmaz platforma oldu. Bu forumda Azərbaycan öz tolerant siyasətini, elmi potensialını dünyaya çatdırmaqla həm də ölkəmizə qarşı yönəlmiş haqsızlıqların dünyaya çatdırılmasına, erməni faşistlərinin cinayətkar iç üzünün təqdim edilməsi və dünya ictimaiyyətinə ədalətin bərpasına çağırış edilməsi üçün əvəz olunmaz şərait yarandı.
Forum keçirməklə Azərbaycan dünya ölkələri və ölkələr arası mədəniyyətlər, dinlər və sivilizasiyalararası münasibətlərin inkişafına, birgə yaşayış, tolerant və multikultural mühtinin təbliğ olunmasına öz töhfəsini verdi. Artıq bütün dünya da bilir ki, Azərbaycan dünyada sülhün, əmin-amanlığın və ədalətin tərəfdarıdır. Bu, həm də ölkəmizin artan nüfuzunun göstəricisidir", -deyə, deputat fikrini tamamlayıb.
Forumun əhəmiyyətinən danışan internet media eksperti Səbuhi Abbasov isə bu ilki forumun dünyada böyük əks-səda doğurduğunu dedi: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ölkəmizdə keçirilməsi çox mühüm siyasi və mədəni hadisədir. 4-cü Bakı Forumu digərləri kimi Azərbaycanın tolerant ölkə və multikulturalizm dəyərlərinə sahib olduğunu dünyaya nümayiş etdirmək imkanı yaratdı. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata həyata keçirilən forumda hər kəs sülh çağırışı edirdi. Bir məqamı xüsusi ilə vurğulamalıyam. Bu forumda bütün iştirakçılar həm də Leyla Əliyevanın bir çox strateji istiqamətlər üzrə dünyaya çağırışlarını mühüm hadisə kimi qeyd etdilər. Bütövlükdə onlarla ölkədən foruma qatılan iştirakçılar ölkəmiz, eyni zamanda, Dağlıq-Qarabağ münaqişəsinin region təhlükəsizliyində rolu haqqında təfsilatlı informasiyaya sahib oldular".
Xatırladaq ki, "4-6 may tarixlərində Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib. Forum UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə "Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar" mövzusunda reallaşıb