“FETÖ təhlükəsini ilk anlayanlardan biri də Turan Yazqan idi” Siyasət

“FETÖ təhlükəsini ilk anlayanlardan biri də Turan Yazqan idi”

Türkiyə baş nazirinin müavini Numan Kurtulmuz Türk dünyasında sovetlərin xüsusilə dağılmağa başladığı dövrdə FETÖ təhlükəsini ilk anlayanlardan birinin də Türk Dünyası Araşdırmaları Vakfının qurucusu və başqanı mərhum professor Turan Yazqanın olduğunu bildirib.
Numan Kurtulmuş qeyd edib ki, Turan Yazqan FETÖ təhlükəsi haqqında hər zaman açıq danışıb. Bu təhlükənin yalnız Türkiyə üçün yox, Türk dünyası üçün də bir təhdid olduğunu ətrafındakılara açıq şəkildə ifadə edib.
İstanbul Universiteti Konqres Mədəniyyət Mərkəzində Turan Yazqana həsr olunmuş "Uluğ Bəylər Turan Yazqan" sənədli filminin təqdimat gecəsində danışan Numan Kurtulmuş Turan Yazqanın inandığı işinə özünü həsr edən bir insan olduğunu qeyd edib: "Türk dünyasında keçirilən uşaq şənliklərindən, orada açdığı məktəblərin fəaliyyətinə qədər hər birini son dərəcə yaxından izlədiyi hamımız bilirik. Oradan gələn insanların burada apardığı fəaliyyətləri də burada sonuna qədər dəstəklədiyini də görmüşük. Bütün bunlarla yanaşı, Türk dünyasında sovetlərin dağılmağa başladığı dövrdə FETÖ təhlükəsini ilk anlayan birinin də Turan Yazqan hoca olduğunu vurğulamaq istəyirəm. O zamanlar çox açıq bir şəkildə bu təhdidi deyirdi. Bunun təkcə Türkiyə üçün yox, Türk dünyası üçün də bir təhdid olduğunu söyləyirdi. Onun bu mövzuda həm Bakıda, həm Qırğızıstanda onlarla mübarizə etdiyini bilirik".