Ermənistanın ən populyar jurnalisti danışdı Siyasət

Ermənistanın ən populyar jurnalisti danışdı

"Uçuruma yaxınlaşırıq"

Ermənistanın ən populyar jurnalistlərindən sayılan, uzun illər ölkənin "İctimai Televiziyaslı"da xəbərlər və həftənin icmalı iilə bağlı silsilə verilişlər aparmış Never Mnatsakanyan ölkənin iqtisadi durumu ilə bağlı tənqidi çıxış edib.
Ermənistan KİV xəbər verir ki, jurnalist ölkənin gələcəyinin dərin böhran içində olduğunu deyib.
"Seçkisonrası Ermənistan iqtisadiyyatı "restart" ərəfəsindədir. Hakimiyyət reallığı keçmiş illərin nailiyyətini şişirtməklə dəyişə bilməyəcəyini anlamağa başlayıb. Bunun ölkənin aparıcı iqtisadçıları da təsdiqləyə bilər. Amma hazırki situasiyada əsas olan bu deyil.
Ölkədəki xəstəxanaların, məktəblərin, tikinti şirkətlərinin. Kiçi və orta ölçülü maqazinlərin sayı bu faktı etiraf etməyə imkan verir. Başqa sözlə desək, hər "baş" vergi ödəyicisi uğrunda mübarizə başlayıb. "Baş" sözündən isitfadə etdiyim üçün üzrlü sayın.
Məhz bu amil ən nikbin optimistin də üzünə kədər köçdürəcək gücə malikdir. Əhalimiz qocalır və bunun səbəbi vergi ödəyicilərinin sayının azalmasıdır.
Potensial maddi nemət istehsalçılarının mühacirət etmə səbəbi bir başqa mövzudur. Bu zaman nəinki həmin vergi ödəyicilərinin yoxluğu, onların həm də öz vergi yükünü ölkədə qalmış sakinlərin üzərinə atması vəziyyəti çətinləşdirir. Ermənistan iqtisadçılarını düşündürən də məhz budur: ölkədən gedənlərin yükünü ölkədə qalanların boynuna necə yıxaq!.
Amma Ermənistanda qalanların əksəriyyətinin təqaüdçü olduğu hər kəsə məlumdur. Belə olan halda, hər "baş" vergi ödəyicisinin ölkəni tərk etmıəsi Ermənistanı geriyə dönüşü olmayan uçuruma aparacaq.