BAXCP-dən gənclərə çağırış Siyasət

BAXCP-dən gənclərə çağırış

Partiya gəncləri etiraz yürüşündə fəal iştirak etməyə dəvət edir

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) gənclər təşkilatlarının ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin Bakıda dislokasiya olunmuş diplomatik nümayəndəliklərinin binaları qarşısında yürüş keçirmək təşəbbüsünü dəstəkləyir və bütün gəncləri bu etiraz aksiyasına qatılmağa çağırır.
Bu sözləri BAXCP-nin mətbuat xidmətinə açıqlamasında partiyanın baş katibi Yaşar Kələntərli deyib.
Yaşar Kələntərlinin bildirib ki, Ermənistan ordusunun dinc Azərbaycan vətəndaşlarını – 2 yaşlı körpə Zəhranı və onun nənəsini qətlə yetirməsi sübuta yetirir ki, işğalçı ölkə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırım siyasətindən əl çəkmək niyyətində deyil və bu problemin dinc yolla həlli yoxdur.
Azərbaycanda çoxsaylı gənclər təşkilatları Ermənistan silahlı qüvvələrinin Füzulinin Alxanlı kənd sakinlərini qətlə yetirməsinə etiraz əlaməti olaraq yürüş keçirəcək.
Xatırladaq ki, Yürüşə sabah Bakıdakı "Bridge Plaza"nın qarşısından başlanacaq.
Yürüş iştirakçıları saat 11:00-da Rusiya, 11:20 ABŞ, 12:00-da isə Fransa səfirliklərinin qarşısından keçəcəklər.