“Cənub Qaz Dəhlizi“ Türkiyə üçün prioritetdir“ Siyasət

“Cənub Qaz Dəhlizi“ Türkiyə üçün prioritetdir“

"Tikinti başa çatan və inşası davam etdirilən enerji layihələri Türkiyənin strateji mövqeyini və rolunu bir daha üzə çıxardı". Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən XXII Dünya Neft Konqresində çıxışı zamanı bildirib.
Ölkə başçısı Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum layihələrinin önəminə xüsusi diqqət çəkib.
Ərdoğan qeyd edib ki, hazırda Türkiyə üçün prioritet olan əsas layihələrdən biri "Cənub Qaz Dəhlizi"dir: "Bu layihənin əsas hissələrindən biri olan TANAP vasitəsilə ilkin mərhələdə Azərbaycandan Türkiyəyə 6 mlrd. kubmetr, Avropaya isə 10 mlrd. kubmetr qaz ixrac olunacaq. TANAP gələn ilin ortalarında istismara veriləcək. Gələcəkdə Xəzər, hətta Yaxın Şərq regionunun digər ölkələri də bu layihəyə qoşula bilər. Beləliklə, ölkəmizə və Avropaya əlavə həcmdə təbii qaz ixracı üçün imkanlar yaranır. TANAP-ın davamı olan TAP layihəsi isə 2020-ci ildə istismara veriləcək. Dəyərli dostum Azərbaycan prezidenti İlham Əliyevin və "Cənub Qaz Dəhlizi"nin iştirakçısı olan digər ölkələrin və şirkətlərin siyasi iradəsi bu layihənin icrasında olduqca əhəmiyyətlidir və bu iradənin mövcudluğu məni sevindirir".